“Zirə”nin hücumçusu “200”ə imza atdı

23 Aprel 02:40 Zirə 291
“Zirə”nin hücumçusu “200”ə imza atdı

Premyer Liqanın 31-ci turu meydan sahibi komandalar üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, ev sahibləri cari mövsüm vurduqları ümumi qol sayını 200-ə çatdırıblar.

Yubiley topuna turun “Zirə” ilə “Sumqayıt” arasında keçirilən qapanış matçında son nöqtəni qoyan birincilərin hücumçusu Salifu Suma imza atıb.

31-ci turda qapılara 17 qol vurulub ki, bunun 12-si yerli komandaların aktivinə yazılıb. Bu isə cari mövsüm üçün rekordun təkrarlanmasına gətirib çıxarıb. 8-ci turda da qonaqlar 12-ci dəfə mərkəzə dəvət edilmişdilər.

Geridə qalan tur əcnəbi futbolçular üçün də düşərli olub. Çünki 17 qoldan 14-nün müəllifi gəlmələr olub. Yerli oyunçular cəmi 2 dəfə fərqləniblərsə, 1 dəfə də avtoqol qeydə alınıb.

Cari mövsüm Premyer Liqada ümumilikdə 377 qol qeydə alınıb. Bunun 177-də qonaqlar seviniblər. 14 qol əcnəbilər üçün mövsümün ən uğurlu ikinci göstəricisidir.

Legionerlər 7-ci turda da bu qədər qolla diqqət çəkmişdilər. Bu baxımdan rekord isə 28-ci turda qeydə alınıb – 16 əcnəbi qolu.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!