Premyer Liqa klubu Avropa çempionatında üzülən məşhura hədiyyə göndərdi - FOTO

22 Aprel 23:00 Zirə 425
Premyer Liqa klubu Avropa çempionatında üzülən məşhura hədiyyə göndərdi - FOTO

Eldəniz Əzizli bu dəfəki Avropa çempionatında “qızıl” hədəfinə çata bilmədi.

Təcrübəli yunan-Roma güləşçimiz Slovakiyanın paytaxtı Bratislavada keçirilən qitə turnirində həlledici mərhələdə taktikio səhv ucbatından məğlub olaraq vətənə gümüş medalla qayıtdı.

Eldəniz fəxri kürsünün zirvəsinə qalxa bilməsə də, Premyer Liqa təmsilçisi “Zirə” onu təbrik edib.

Klubun icraçı-direktoru Cahangir Məmmədov üzərində E.Azizli yazılmış “Zirə”nin “10” nömrəli ev və səfər formasını qablaşdıraraq səbəbkara göndərib.

Müstəqillik tarixində dörd qat dünya çempionu statusu ilə Azərbaycanın güləş tarixində ilkə atan idmançı hədiyyənin şəklini “instagram” hesabında paylaşaraq, “Zirə”nin rəsmisinə təşəkkür edib.

Bilməyənlər üçün xatırladaq ki, futbol həvəskarı olan Eldəniz Əzizli futbol üzrə Azərbaycan millisində və bir neçə Premyer Liqa klubunda baş məşqçilik etmiş Şahin Diniyevin bacısı oğludur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!