COP29

10 ay əvvəl Bakıya gəldi, sonra İrəvana getdi, indi də komandamız üçün...

7 Avqust 20:40 Zirə 2 280
10 ay əvvəl Bakıya gəldi, sonra İrəvana getdi, indi də komandamız üçün...

Azərbaycanın Konfrans Liqasındakı təmsilçisi “Zirə”nin III təsnifat mərhələsində keçirəcəyi ilk oyunu idarə edəcək hakimlər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, “qartallar”ın “Osiyek”lə səfər qarşılaşmasında Yunanıstandan olan hakimlər briqadası iş başında olacaq.

Meydanda baş verənlərə Aristotelis Diamantopoulos nəzarət edəcək. Yan xətlərdə ona Konstantinos Psarris və Konstantinos Triantafyllou kömək edəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Perrakis yerinə yetirəcək.

41 yaşlı referi 33 yaşında Yunanıstanın yüksək liqa oyunlarında görünməyə başlayıb. Bundan 1 il sonra isə yaxasına FİFA-nın loqosunu yapışdırıb.

O, geridə qalan müddətdə avrokuboklarda cəmi 9 oyunda əsas söz sahibi olub. Bir həftə əvvəl - avqustun 1-də Ermənistana səfər edərək İrəvanda “Ararat”la “Zimbru”nun duelini (3:1) idarə edib.

Əsas milli komandalar səviyyəsində baş hakim kimi təyinat aldığı ilk matçda meydandakı komandalardan biri Azərbaycan seçməsi olub.

2023-cü ilin oktyabrında AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycanla Avstriya arasında keçirilən qarşılaşmada fit çalıb.

9 “sarı” və rəqibin heyətində bir nəfərə qırmızı vərəqə göstərdiyi dueldə avstriyalılar yığmamızı 1:0 hesabı ilə məğlub edib. Hazırda “Zirə”də kapitan sarğısını daşıyan Qismət Alıyev həmin oyunda meydana əvəzetmədən daxil olub.

Avqustun 8-də “Opus Arena”da baş tutacaq “Osiyek” – “Zirə” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…