“Zirə”dən xəbər var: “Sevinirəm”

28 Sentyabr 2021 23:20 Zirə 704
“Zirə”dən xəbər var: “Sevinirəm”

“İndi özümü daha yaxşı hiss edirəm. Artıq yavaş-yavaş bərpa oluram.

Komandaya kömək etmək üçün ən qısa müddətdə yaşıl meydanlara qayıdacağıma ümid edirəm”.

“Zirə”nin zədəli futbolçusu Nemanya Andelkoviç Sportinfo.az-a açıqlamasına bu sözlərlə başlayıb.

Serbiyalı müdafiəçi son 2 oyunda komandasına kömək edə bilməyib.

Aldığı xəsarətə görə “Sabah” və “Səbail”lə qarşılaşmaları kənardan izləmək məcburiyyətində qalıb. Görəsən, oyuna tribunadan baxmaq necə hissdir? Həmin hissləri sözlə ifadə etmək olurmu?:

“Meydanda mən oldum, ya yox, komandamızdan yaxşı nəticələr gözləyirəm. Əlbəttə, oyunlardan yaxşı nəticələrlə ayrıldığımıza görə sevinirəm.

“Zirə” gözəl futbol oynayır. “Səbail”lə görüşdə hücum şanslarımız çox idi. Allaha şükürlər olsun ki, ələ düşən ilk şanslardan vaxtında istifadə edib, bizə qələbə qazandıran qolları vurduq.

Uşaqlar əllərindən gələni etdilər. Bu cür davam edəcəyimizə ümid edirəm. Ən qısa zamanda komanda yoldaşlarıma kömək edəcəyi düşünürəm”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”