“Sabah”ın hücumçusu Orfe Mbina Fransa mətbuatına fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, futbolun sirlərini bu ölkədə öyrənən qabonlu forvard karyerasının ən gözəl anlarını keçirdiyini açıqlayıb.
Mbina Çempionlar Liqasında yer almaq, qol vurmaqla bağlı təəssüratlarını bölüşüb:
“Çempionlar Liqasında oynamaq uşaqlıq arzum idi. Liqa mərhələsində çıxış etmək isə daha böyük xəyal idi.
Təsnifat mərhələləri bir qədər fərqlidir. Amma turnirin əsas mərhələsində olmaq izah edilməyəcək qədər gözəl hissdir.
Burada qol vurmaq isə inanılmazdır. Uşaq vaxtı bunların xəyalını qururdum, ancaq həyata keçəcəyini düşünməmişdim”.
“Sabah” liqa mərhələsinin 5-ci turu çərçivəsində noyabrın 25-də Bakıda “Barselona”nı qəbul edəcək. Orfe Mbina “Vikinq”lə Norveçdə keçirilən matçda (1:4) qol da vurub.
