
«Zirə» mövsümün sonunda yollarını ayıracağı futbolçuların siyahısını müəyyənləşdirmək üzrədir.
Artıq bura bir yeni ad da əlavə olunub.
Qəsəbə təmsilçisi Pyer Zebli ilə vidalaşmağı zəruri hesab edib. Çünki fransalı yarımmüdafiəçi cari sezonda qeyri-sabit çıxışıyla yadda qalıb və əsas heyətdə yerini itirib.
“Qartallar” 2023-cü ilin avqustunda 28 yaşlı legionerlə 2+1 illik müqavilə imzalayıb. Onun kontrakltının əsas hissəsi gələn ay qüvvədən düşəcək.
“+1” olan bölümdə qərar vermək hüququ klubdadır. Yəni ki, “Zirə” istəsə, saxlayacaq, istəməsə, saxlamayacaq.
Premyer Liqanın gümüş medalçısı ikinci variantın üzərində dayandı.
Fil Dişi Sahilindən olan futbolçu karyerası ərzində İtaliyanın “Peruca”, “Askoli”, “Katolika”, Belçikanın “Genk”, Bolqarıstanın “Çarsko Selo” və “Lokomotiv” (Plovdiv) klublarının şərəfini qoruyub.
SPORTİNFO.AZ