
«Zirə» ötənilki nəticəsini təkrarladı, yenə gümüş medallara yiyələndi.
İkinci yeri «Turan Tovuz»la qarşılaşmada qaranti etdilər.
Salifu Suma yenə adını tabloya yazdırdı. Qvineyalı vingerin saxlamadan qapıya istiqamətləndirdiyi top «Zirə»yə 1:0 hesablı qələbə qazandırdı.
«Zirə»də Suma perspektivində ikinci bir ad yoxdur. Mən onu «Barselona»nın 17 yaşlı ulduzu Lamin Yamalla müqayisə edərdim.
Son 1 ildə nail oduqları inkişaf baxımından. Yamalı dünya, Sumanı Azərbaycan üzrə bu nominasiyanın qalibi seçərdim.
Bugünkü «Zirə» tipik məşqçi əməyidir. Rəşad Sadıqovun əl üzləri o qədər açıq-aydın görünür ki komandanın oyununda…
«Turan Tovuz»a cəmi 1 qol vursalar da, onları meydandan sildilər, amma süpürmədilər.
Rəşad Sadıqov Kurban Berdiyevə anlatdı ki, ağıl yaşda deyil, başdadır, bu, sənin komandan, bu da mənim komandam!
Ona 2-3 yeni transfer lazımdır. Mən minimumum deyirəm. O da olsa, «Zirə» avrokuboklarda qrup mərhələsinə adlayacaq.
Avropa Liqasında da olmasa, Konfrans Liqasında onları görürəm.
ELXAN