"Bu mövsüm ən çox hakim haqsızlığı ilə "Zirə" üzləşib"

23 Fevral 2021 00:42 Zirə 577
"Bu mövsüm ən çox hakim haqsızlığı ilə "Zirə" üzləşib"

Sportinfo.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov bu mövsüm Premyer Liqada hakimliyin səviyyəsindən narazılıq edib.

O, "İdman TV"də yayımlanan "Mərkəzi xətt" verilişində bildirib ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu "Zirə" daha çox hakim haqsızlığı ilə üzləşib.

Deyib ki, R.Sadıqov səbirli davranaraq ədalətiz qərarlarla üzləşdiklərini açıq şəkildə demir.

X.Məmmədov 16-cı turda "Keşlə"yə qarşı görüşdə "Zirə"nin qapısına təyin edilən penalti epizoduna da toxunub:

"Penalti qərarı doğru idi. Amma zərbə vurulmazdan əvvəl "Keşlə"nin başqa bir futbolçusu (Nicat Qurbanov- red.) qaydanı pozaraq cərimə meydançasına daxil oldu və qapıçının qaytardığı topu da məhz həmin oyunçu "Zirə"nin qapısından keçirdi".

X.Məmmədov bu faktı hakimin kobud səhvi adlandırıb.

Verilişin digər qonağı Tərlan Əhmədov da "Zirə"nin bu mövsüm ciddi hakim səhvləri ilə üzləşdiyini söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı