Azərbaycanlı voleybol hakimi Fuad Ağayev qadınlar arasında keçiriləcək Avropa çempionatına təyinat alıb.
Sportinfo.az xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Azərbaycan Voleybol Federasiyasından bildirilib.
Ədalət təmsilçisi AVRO-2026-nın Türkiyənin İstanbul şəhərində təşkil ediləcək A qrupunun matçlarında iş başında olacaq.
Bu qrupda meydan sahibləri ilə yanaşı, Almaniya, Polşa, Macarıstan, Sloveniya və Latviya komandaları çıxış edəcəklər.
Azərbaycan C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milliləri yer alıblar. Bakıdakı qarşılaşmalar avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.

