Millimizin rəqiblərinin oyununa təyinat addı - Zaur Hacıyev

25 İyun 2025 03:10 Voleybol 496
Millimizin rəqiblərinin oyununa təyinat addı - Zaur Hacıyev

Beynəlxalq dərəcəli azərbaycanlı hakim Zaur Hacıyev kişi voleybolçular arasında Avropa Gümüş Liqasına təyinat alıb.

Sportinfo.az xəbər verir ki, həmyerlimiz 2 qarşılaşmada iş başında olacaq.

O, Avstriyanın Amstetten şəhərində baş tutacaq III mərhələnin 5-ci oyununda Lüksemburq – Gürcüstan matçında ikinci hakim funksiyasını yerinə yetirəcək.

Hacıyev Avropa Gümüş Liqasında əsas mərhələnin sonuncu – Gürcüstan – Farer adaları görüşündə isə əsas referi olacaq.

Görüşlər müvafiq olaraq, iyunun 27-də və 29-da baş tutacaq.

Avropa Gümüş Liqasında Azərbaycan millisi oyunlarını başa vurub. Komandamız 6 oyundan 6 xal toplayıb. Yığmamızın yarışda tutacağı yer III mərhələnin yekununa əsasən dəqiqləşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb