COP29

"Səhvlərimiz də oldu"

21 May 03:00 Voleybol 522
"Səhvlərimiz də oldu"

"Daha yaxşı oynayıb qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Sportinfo.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu qadınlardan ibarət milli komandamızın üzvü Yana Doroşenko deyib.

Yığmamızın toppaylayıcısı çıxış etdikləri Qızıl Avropa Liqasında ilk turun oyunları ilə bağlı danışıb: “Bütün rəqiblərimiz güclü komandalardı.

Biz Faiq Qarayevin rəhbərliyi ilə Xorvatiya üzərində qələbə qazandıq. Çalışdıq ki, onun bütün tapşırıqlarına əməl edək, əlbəttə səhvlərimiz də oldu.

İkinci matçda hər birimiz sonadək mübarizə aparsaq da, uduzduq. Növbəti görüşlərə hazırlaşırıq.

Bu qarşılaşmalar bizim üçün çox mühümdür. Hədəflərimiz böyükdür, daha yaxşı oynayıb qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Millimiz Qızıl Avropa Liqasının I turunun görüşləri çərçivəsində Xorvatiyaya (3:0) qalib gəlib. Növbəti görüşdə isə Slovakiyaya məğlub olub - 1:3.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"