"Azərbaycan millisində yerli oyunçuların oynamasını istəyirik"

4 Mart 2024 03:50 Voleybol 743
"Azərbaycan millisində yerli oyunçuların oynamasını istəyirik"

“Biz istəyirik ki, Azərbaycan millisində yerli voleybolçular oynasınlar”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında yeniyetmə və gənc voleybolçulardan ibarət Azərbaycan millisinin meneceri Yelena Parxomenko deyib.

O, bildirib ki, regionlarda istedadlı gənclərin kəşf edilməsi üçün işlər gedir:

“Bildiyiniz kimi, Azərbaycan Voleybol Federasiya yeni strategiya üzərində işləyir. Türkiyəli mütəxəssis Şahin Çatma və onun kollektivi Azərbaycanın bölgələrinə səfər edərək istedadlı uşaqları üzə çıxarır. Beynəlxalq Voleybol Federasiyasının yeni qərarına əsasən, milli komandaya cəlb olunan voleybolçu həmin ölkədə 6 il yaşamalıdır. Bundan sonra adıçəkilən oyunçuya pasport verilə bilər”.

Veteran voleybolçu Azərbaycan millisinin bu ilin may ayında start götürəcək Qızıl Avropa Liqasındakı şanslarını da dəyərləndirib:

“Yarışa az vaxt qalıb. Ölkə xaricində çıxış edən oyunçuların milliyə hansı formada gəlməsi də önəmlidir. İstəyirik ki, mübarizə apardığımız turnirlərdə xallar qazanaq və daha böyük yarışlarda iştirak edək. Qızıl Avropa Liqasında uğurlu nəticə əldə etmək istəyirik. Reytinq cədvəli üçün önəmli yarışdır. Raziyə Əliyeva ilə Nilufər Ağazadə kimi gənc voleybolçularımız var. Onları millinin əsas heyətində görə bilərik. Lakin son qərarı yığmanın baş məşqçisi Faiq Qarayev verəcək”.

Azərbaycan millisi Qızıl Avropa Liqası turnirində ilk matçını mayın 17-də Osiyek şəhərində Xorvatiya seçməsinə qarşı keçirəcək. Yığma bu matçda nominal meydan sahibi olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır