Federasiya prezidenti Şəmkirə getdi, məktəbdə məşqi izlədi

27 Yanvar 2024 08:30 Voleybol 587
Federasiya prezidenti Şəmkirə getdi, məktəbdə məşqi izlədi

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Şəmkir rayonunda səfərdə olub.

Sportinfo.az xəbər verir ki, Bağırov burada Tovuz Regional Voleybol Klubunun Şəmkir rayonundan olan üzvləri ilə görüşüb.

Federasiya prezidenti Şəmkir rayon Məhəmməd Füzuli adına tam orta məktəb-litseyində baş tutan yeniyetmələrin məşqini izləyib

. Daha sonra idmançılarla söhbət edən federasiya prezidenti onlara yaradılan şəraitlə tanış olub. Bağırov yeniyetmələrə peşəkar voleybolçu olmaq istiqamətində tövsiyələrini verib.

AVF bölgələrdə yaradılan regional voleybol klublarını daim diqqətdə saxlayır. Bu klublarda məşq keçən voleybolçular arasında mütəmadi olaraq seleksiya işləri həyata keçirilir və seçilən idmançılar gələcəkdə yığma komandalara cəlb olunacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu