COP29

Qonaqlar gəldi, Azərbaycan çempionatında ilk turun oyunları təxirə salındı

8 Noyabr 2023 00:20 Voleybol 341
Qonaqlar gəldi, Azərbaycan çempionatında ilk turun oyunları təxirə salındı

Qadın voleybolçular arasında Azərbaycan çempionatında 1-ci turun oyunları təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, bu gün keçirilməsi nəzərdə tutulan UNEC – “Milli Aviasiya Akademiyası” və “Gəncə” – “Murov Az-Terminal” görüşləri başqa vaxtda gerçəkləşəcək.

Buna səbəb Azərbaycanda səfərdə olan Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanevlə bir sıra görüş və tədbirlərin keçirilməsinin nəzərdə tutulmasıdır.

Təxirə salınan matçların yeni tarixi hələ məlum deyil.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!