Azərbaycana gələcək ADLAR

19 Avqust 2017 12:36 Voleybol 715
Azərbaycana gələcək ADLAR

Qadın voleybolçulardan ibarət Serbiya millisinin Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.

Serbiya millisi avqustun 30-da çempionata hazırlığı yekunlaşdırıb, yoxlama matçlarına üstünlük verməyi planlaşdırır.

Balkanlar çempionatın qrup mərhələsinin Göygöldə keçirəcək. Komanda Çex Respublikası, Niderland və Belçika ilə birgə “D” qrupunda mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, heyətə toppaylayıcılar – Ana Antoniyeviç, Boyana Jivkoviç, Sladyana Mirkoviç, hücumçular – Ana Bjelitsa, Tiyana Boskoviç, Slaçana Malaqurski, Brankitsa Mixayloviç, Tiyana Maleşeviç, Byanka Buşa, Boyana Milenkoviç, liberolar – Yelena Blaqoyeviç, Teodora Puşiç, blokçular – Milena Raşiç, Stefana Velkoviç, Yovana Stevanoviç və Mina Popoviç dəvət olunublar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti