Azərbaycan millisi Sloveniya ilə növbəti yoxlama oyununda uduzdu

18 Avqust 2017 12:48 Voleybol 681
Azərbaycan millisi Sloveniya ilə növbəti yoxlama oyununda uduzdu

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununa çıxıb. Sportinfo.az xəbər verir ki, rəqib Sloveniya yığması olub.

Bu, Azərbaycan və Sloveniya milliləri arasında ikinci yoxlama oyunu olub. Lyublyanada təşkil olunmuş qarşılaşma yerli komandanın qələbəsi ilə yekunlaşıb - 3:0 (25:21, 25:21, 25:15).

Avqustun 14-də keçirilmiş görüşdə Faiq Qarayevin baş məşqçi olduğu kollektiv qalib gəlib - 3:1. Təlim-məşq toplanışı gələn ay Azərbaycanda və Gürcüstanda təşkil olunacaq Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti