Qadınlardan ibarət Azərbaycan millisinin növbəti yoxlama oyunu

14 Avqust 2017 12:48 Voleybol 581
Qadınlardan ibarət Azərbaycan millisinin növbəti yoxlama oyunu

Sloveniyanın Maribor şəhərində təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Belçika yığması ilə qarşılaşıb. Matç Azərbaycan millisinin 1:3 (14:25, 23:25, 20:25, 24:26) hesablı məğlubiyyəti ilə yekunlaşıb.

İlk yoxlama oyununda Sloveniya yığması ilə heç-heçə edən (2:2) Azərbaycan millisi 22 sentyabr - 1 oktyabrda Bakı və Göygöl şəhərlərində, eləcə də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi ilə ölkə xaricində hazırlıq keçir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti