Azərbaycan yığmasının üzvü: "Bu oyunda mənfi tərəflərimizi görə bildik"

11 Avqust 2017 00:24 Voleybol 816
Azərbaycan yığmasının üzvü: "Bu oyunda mənfi tərəflərimizi görə bildik"

“Topun qəbulunda bəzi problemlərimiz var idi, bu oyunda mənfi tərəflərimizi görə bildik” - Sportinfo.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Kseniya Poznyak Sloveniya ilə yoxlama matçını (2:2) şərh edərkən deyib.

Yığmanın 31 yaşlı oyunçusu daha çox çalışmalı olduqlarını söyləyib: “Unutmayaq ki, bu, komandamız üçün uzun fasilədən sonra ilk oyun idi.

Addım-addım formamızı yığırıq. Belə matçlarda nəticə önəm daşımır. Əsası odur ki, rəsmi oyunlara hazır olaq”.

Azərbaycan millisi 22 sentyabr - 1 oktyabrda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi ilə Sloveniyanın Maribor şəhərində hazırlıq keçir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!