Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçularımız bu ölkənin millisi ilə sınaq görüşündə 2:2 heç-heçə edib. Sportinfo.az xəbər verir ki, yığmamızın blokçusu Kseniya Qoçigid (Poznyak) oyunla başlı bunu söyləyib:
“Topun qəbulunda bəzi problemlərimiz vardı, bu oyunda mənfi tərəflərimizi görə bildik. Daha çox çalışmaq lazımdır. Amma unutmayaq ki, komandamız üçün bu, uzun fasilədən sonra, ilk oyunumuz idi. Yavaş-yavaş formamızı yığırıq. Belə matçlarda nəticə önəm daşımır, əsası odu ki, rəsmi oyunlara hazır olaq”.

