Yığmamızın ən hündürboyu

10 Avqust 2017 15:00 Voleybol 772
Yığmamızın ən hündürboyu

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət millimiz ilk yoxlama oyununa çıxıb. Sportinfo.az xəbər verir ki, Faiq Qarayevin komandası yerli komanda ilə qarşılaşıb.

Matç heç-heçə yekunlaşıb. İlk 2 seti Sloveniya yığması qələbə qazansa da, növbəti 2 hissədə bizimkilər üstün olub – 2:2 (23:25, 26:28, 25:20, 25:13).

Yığmamızın ən hündürboy üzvü Yana Kula görüşdən sonra bunu deyib: “Sloveniyanın çox yaxşı komandası var, çox güclüdülər. Bizim üçün çətin bir sınaq oldu. Artıq növbəti matçları fikirləşirik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti