"Naxçıvan”da yeni baş məşqçi

10 Avqust 2017 10:00 Voleybol 1 128
"Naxçıvan”da yeni baş məşqçi

“Naxçıvan” voleybol komandasına yeni baş məşqçi təyin edilib. Sportinfo.az xəbər verir ki, Muxtar Respublika təmsilçisini Xanlar Ələkbərov çalışdıracaq.

Kişi voleybolçulardan ibarət “Naxçıvan” son ölkə çempionatını üçüncü pillədə başa vurub. Bazar ertəsi komandada ümumi iclas keçirilib. İclas zamanı komandanın məşq proqramı hazırlanıb.

Bundan əlavə, Muxtar Respublika rayonlarında seçimlərin aparılması, istedadlı gənclərin üzə çıxarılması, həmçinin, Naxçıvanın voleybol məktəbinin yaradılması istiqamətində işlərin görülməsi nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti