"Onun adından verilən açıqlamalar uydurma xarakter daşıyır"

6 Avqust 2017 19:55 Voleybol 816
"Onun adından verilən açıqlamalar uydurma xarakter daşıyır"

Faiq Qarayevin adından açılmış saxta profillə bağlı Azərbaycan Voleybol Federasiyası (AVF) açıqlama yayıb.

Sportinfo.az xəbər verir ki, AVF onun adından yayılan açıqlamaların uydurma olduğunu qeyd edib:

"Azərbaycan Voleybol Federasiyası olaraq, sizin diqqətinizə çatdırmaq istəyirik ki, AVF-in vitse-prezidenti və qadınlardan ibarət milli komandamızın baş məşqçisi Faiq Qarayev hər hansı bir sosial şəbəkədən qeydiyyatdan keçməmişdir, həmin şəbəkələrdə onun adından verilən açıqlamalar isə uydurma xarakter daşıyır və Faiq Qarayevə məxsus deyil".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti