Millimizin üzvünün könlündən, görün, indi nələr keçir..!

6 Avqust 2017 13:51 Voleybol 851
Millimizin üzvünün könlündən, görün, indi nələr keçir..!

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir. Sportinfo.az-ın məlumatına görə, Faiq Qarayevin yetirmələri təlim-məşq toplanışının növbəti mərhələsini Sloveniyada keçir.

Komandamız Mariborda fiziki hazırlığı yekunlaşdırıb, topla məşqlərə üstünlük verəcək. Millimizin bir neçə yoxlama görüşü keçirməsi də planlaşdırılır.

Təmsilçimiz Mariboru İtaliyaya dəyişəcək. Azərbaycan və Gürcüstanın birgə keçirəcəyi qitə çempionatına hazırlıq da məhz bu ölkədə yekunlaşacaq. Komandamız İtaliya ilə keçirəcəyi yoxlama oyunundan sonra – sentyabrda vətənə dönəcək.

Sentyabrın 22-də başlayacaq Avropa çempionatı oktyabrın 1-də başa çatacaq. Yığmamızın üzvü
Şəfaqət Həbibova qitə birinciliyinin əhəmiyyətindən danışıb:

“Avropa çempionatı bizim üçün çox vacib bir yarışdı. Bildiyiniz kimi, mən İslam Həmrəylik Oyunlarında əməliyyatdan sonra tam hazır olmadığıma görə komandaya əsas heyətdə kömək edə bilmədim.

İndi isə özümü yaxşı hiss edirəm. Artıq bütün gücümlə məşq edirəm inanıram ki, Avropa çempionatında komandaya əlimdən gələn köməkliyi edə bilərəm. İnanıram ki, biz Avropa çempionatında medalçılardan biri olacağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti