Azərbaycanda AÇ-nin qrup oyunları nə vaxt başlayacaq?

29 İyul 2017 21:00 Voleybol 975
Azərbaycanda AÇ-nin qrup oyunları nə vaxt başlayacaq?

Sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycan və Gürcüstanda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatına hazırlıq işləri davam edir. Bildiyiniz kimi, ölkəmizdə baş tutacaq oyunlar Milli Gimnastika Arenası və Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək.

Sportinfo.az xəbər verir ki, hər iki arenanın hazırlığını yoxlamaq, “çelenc” sistemini nəzərdən keçirmək və başqa suallara aydınlıq gətirmək üçün iyulun 22-də Bakıda, 25-də isə Göygöldə test oyunları keçirilib. Yığmamız 2 qarışıq komandaya ayrılıb.

Komandalardan birinə Famil Ağayev, digərinə isə Adnan Kistak rəhbərlik edib. Qarşılaşmaları Avropa Voleybol Konfederasiyasının (CEV) nümyəndələri də canlı izləyib. Qeyd edək ki, A (Azərbaycan, Almaniya, Polşa, Macarıstan) və C (Rusiya, Türkiyə, Bolqarıstan, Ukrayna) qrupunun oyunları Bakıda, B (Gürcüstan, İtaliya, Xorvatiya, Belarus) qrupunun görüşləri Tiflisdə, D (Serbiya, Hollandiya, Belçika, Çexiya) qrupunun qarşılaşmaları isə Göygöldə təşkil olunacaq.

Bu arada AÇ-nin qrup oyunlarının təqvimi və başlama saatları açıqlanıb. Qruplarda mübarizə sentyabrın 22-25-i aralığında baş tutacaq. Qrup qalibləri birbaşa 1/4 finala vəsiqə qazanacaq. 2-3-cü yerləri tutanlar sentyabrın 26-27-də pley-offdan ilk “8-liy”ə vəsiqə qazanmağa çalışacaq.

Həmin ayın 28-də 1/4 final, 2 gün sonra yarımfinal matçları keçiriləcək. Oktyabrın 1-də isə medallar uğrunda oyunlar baş tutacaq. Pley-off, 1/4 final və yarımfinal görüşlərindən fərqli, həlledici qarşılaşmaların başlama saatları bəllidi. Üçüncü yer uğrunda matç 16.00-da, final isə 19.00-da start götürəcək. Qrupların təqvimi isə belədi:

A qrupu
22 sentyabr

18.00 Macarıstan – AZƏRBAYCAN
20.30 Polşa – Almaniya
23 sentyabr
18.00 Polşa – Macarıstan
24 sentyabr
18.00 AZƏRBAYCAN – Polşa
20.30 Almaniya – Macarıstan
25 sentyabr
18.00 Almaniya – AZƏRBAYCAN

B qrupu
22 sentyabr

17.00 İtaliya – Gürcüstan
20.00 Belarus – Xorvatiya

23 sentyabr
17.00 Gürcüstan – Xorvatiya
20.00 İtaliya – Belarus

24 sentyabr
17.00 Gürcüstan – Belarus
20.00 Xorvatiya – İtaliya

C qrupu
22 sentyabr

15.30 Ukrayna – Rusiya
15.30 Bolqarıstan – Ukrayna

23 sentyabr
20.30 Türkiyə - Rusiya
24 sentyabr
15.30 Bolqarıstan – Türkiyə
25 sentyabr
15.30 Rusiya – Bolqarıstan
20.30 Türkiyə - Ukrayna

D qrupu
22 sentyabr

17.00 Serbiya – Çexiya
20.00 Hollandiya – Belçika
23 sentyabr
17.00 Çexiya – Belçika
20.00 Serbiya – Hollandiya
24 sentyabr
17.00 Belçika – Serbiya
20.00 Çexiya – Hollandiya

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti