Qadın voleybolçular arasında Azərbaycanda keçiriləcək Avropa çempionatının biletləri bu gündən satışa çıxarılıb. Sportinfo.az xəbər verir ki, biletlərin qiyməti 3 - 5 manat arasında dəyişir.
2017-ci il Avropa çempionatı 22 sentyabr - 1 oktyabrda keçiriləcək.Açılış matçı, yarımfinal və medallar uğrunda oyunların biletləri 5 manat təşkil edir. Bir şəxs maksimum 10 bilet ala bilər.
Biletləri ASAN-1, ASAN-2, ASAN-3, ASAN-4, ASAN-Sumqayıtdan, Heydər Əliyev Sarayından, Nizami küçəsi və Bülbül prospektinin kəsışməsindən, Hökümət Evinin, “Azərbaycan” kinoteatrının yanından, “Gənclik Mall” və “28 Mall”da yerləşən “iTickets” köşklərindən əldə etmək olar.

