Vasif Talıbov Ukraynanın kişilərdən ibarət "Vinnitsa” voleybol komandasının baş məşqçisi təyin olunub.
Sportinfo.az-ın volleyball.ua saytına istinadən verdiyi məlumata görə, azərbaycanlı mütəxəssis bu postda Aleksandr Bondarenkonu əvəzləyib.
Vasif Talıbov son olaraq "Telekom”da baş məşqçi Zoran Qayiçin köməkçisi olub. O, son mövsümdə Ukrayna çempionatının bürünc medalçısı olan "Vinnitsa”da daha öncə köməkçi-məşqçi vəsifəsində çalışıb.

