"Ardıcıl iki mövsüm Asiyada oynadıqdan sonra yenidən özümü Avropada sınamaq qərarına gəldim" - Sportinfo.az-ın məlumatına görə, bunu ötən ay "Fənərbağça"sı ilə 1 illik müqavilə bağlayan Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova deyib.
O, bildirib ki, "Fənərbağça”nın əsas hücumçusu olacaq: "Mənə yalnız "Fənərbaxça”dan yox, başqa klublardan da təklif olmuşdu. Ancaq bu kluba böyük rəğbətim olduğu üçün seçimimi Türkiyə klubu lehinə etdim.
1 illik müqavilə bağladıq. Özümü əsasən Çempionlar Liqasında göstərmək istəyirəm. "Fənər” Kim Yeon-Kunqla yolları ayırdığı üçün əsas hücumçu kimi mənə dəvət göndərdi”.

