“Dünya çempionatının seçmə oyunlarından sonra dincəldim. Ailəmlə - həyat yoldaşım və oğlumla asudə vaxt keçirdim. İndi isə Qubada toplanış keçirik. Qarşıda bizi məsuliyyətli yarış gözləyir" - Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının üzvü Valeriya Məmmədova bildirib.
Yığmamızın veteranlarından biri olan libero bütün oyunçular kimi özünün də qarşısına məqsəd qoyduğunu söyləyib: "Məncə, komandanın ümumi məqsədiylə yanaşı, hər bir oyunçunun məqsədi olmalıdı. Yalnız belədə nəyəsə nail olmaq olur. Gərgin məşqlər keçir. Qarşıda bizi daha güclü və intensiv təlim-məşq toplanışları gözləyir”.

