Azərbaycan çempionatında komanda sayı artırıla bilər

23 İyul 2022 09:20 Voleybol 1 011
Azərbaycan çempionatında komanda sayı artırıla bilər

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında komanda sayı artırıla bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a federasiyanın birinci vitse-prezidenti Faiq Qarayev açıqlama verib.

Onun sözlərinə görə, 2022/2023 mövsümündən çempionatda ən azı 5 komanda iştirak etməlidir:

"Bu istiqamətdə Gənclər və İdman Nazirliyi, federasiya rəhbərliyi və sponsorlarla danışıqlarımız davam edir. Bir az çətinliklərimiz var. Görək, necə olacaq".

Ötən mövsüm Superliqada 4 komanda - "Abşeron", “Azərreyl”, "Murov" və UNEC mübarizə aparıb.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!