Avropa Voleybol Konfederasiyası (CEV) kişilərdən ibarət komandaların reytinq siyahısını yeniləyib. 49 komandanın yer aldığı siyahıda yığmamız əvvəlki kimi 37-ci pillədə qərarlaşıb. Sportinfo.az xəbər verir ki, millinin hesabında 54 xal var.
Fərid Cəlalovun komandası bunlardan 8-ni ən son qatıldığı Avropa Liqasındakı çıxışına görə əldə edib. Qalan xalların 34-ü AÇ-2015-in, 12-si isə DÇ-2014-ün seçmə mərhələsində qazanılıb. Siyahıya yenə Fransa başçılıq edir. Bu yığmanın 288 xalı var. İkinci pilləyə yüksələn Rusiya liderdən 8 xal geri qalır. Serbiya isə 274 xalla 3-cü pillədə qalıb.

