"Bu, hər zaman bizə çətin olur"

15 İyul 2017 08:24 Voleybol 801
"Bu, hər zaman bizə çətin olur"

"Məşqlərimiz əla keçir. Gündə 3 dəfə məşq keçirik, daha çox fiziki göstəricilərimizi yaxşılaşdırmağa çalışırıq. Üstünlük buna verilir. Ancaq gündə bir dəfə topla da hazırlıq keçirik”. Sportinfo.az-ın məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin liberosu Valeriya Məmmədova deyib.

Təcrübəli voleybolçu hazırda Qubada təlim-məşq toplanışında olan yığmanın hazırlıq prosesindən danışıb: "Təbii ki, hər zaman hazırlıq prosesinə başlamaq çətin olur. Amma bu il ərzində biz artıq iki böyük turnirdə çıxış etmişik. Bu amil bizə kömək edir. Komandada ab-hava yüksək səviyyədədir”.

Milli Avropa çempionatına hazırlıqla əlaqədar iyul 20-dək Qubada toplanışda olacaq. Azərbaycan yığması 22 sentyabr – 1 oktybar aralığında baş tutacaq Avropa çempionatında Almaniya, Macarıstan və Polşa milliləri ilə birgə A qrupunda yer alacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti