Azərbaycan yığması Avropa çempionatına hazırlığı Qubada davam etdirəcək

10 İyul 2017 14:24 Voleybol 651
Azərbaycan yığması Avropa çempionatına hazırlığı Qubada davam etdirəcək

Avropa çempionatına hazırlaşan qadın voleybolçulardan ibarət milli təlim-məşq toplanışını Qubada davam etdirəcək.Sportinfo.az xəbər verir ki, bu gündən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin Quba Tədris-İdman və İstirahət Kompleksində start götürəcək hazırlıq prosesi iyulun 20-dək davam edəcək.

Məşqlərdə ilk “14”lüyə Faiq Qarayev, ikinci komandaya isə Adnan Kistak rəhbərlik edəcək. Avropa çempionatına hazırlıqla əlaqədar iyulun 22-də Bakıda, 25-də isə Göygöldə test yarışı nəzərdə tutulub.

Azərbaycan yığması 22 sentyabr – 1 oktybar aralığında baş tutacaq Avropa çempionatında Almaniya, Macarıstan və Polşa milliləri ilə birgə A qrupunda yer alacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti