Milli komandamızın üzvü aparıcı Rusiya klubu ilə anlaşdı

6 İyul 2017 10:12 Voleybol 866
Milli komandamızın üzvü aparıcı Rusiya klubu ilə anlaşdı

Azərbaycan millisinin voleybolçusu Nataliya Məmmədova karyerasını Rusiyanın “Dinamo” klubunda davam etdirəcək. Sportinfo.az xəbər verir ki, 2014-2015 mövsümündə “Azəryol”da çıxış edən Yovan Brakoçeviçlə yollarını ayıran Kazan təmsilçisi 33 yaşlı hücumçu ilə anlaşıb.

Bu, ötən mövsüm İsveçrənin “Volero” klubunun formasını geyinən Nataliya Məmmədovanın Rusiyaya 3-cü qayıdışıdır. Azərbaycan yığmasının voleybolçusu daha əvvəl “Zareçye-Odintsovo” (Rusiya, 2002/03), “Azerreyl” (2003/04—2004/05, 2006/07), “Kyeri” (İtaliya, 2007), “İkardo” (İspaniya, 2008), “Türk Telekom” (Türkiyə, 2008/09), “Dinamo” (Rusiya, Krasnodar, 2009/10), “Rabitə” (2010/11—2011/12) və “Omiçka”nın (2012/13—2013/14) şərəfini qoruyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti