"DÇ-dan sonra bizə qarşı daha ciddi hazırlaşacaqlar"

6 İyul 2017 08:24 Voleybol 619
"DÇ-dan sonra bizə qarşı daha ciddi hazırlaşacaqlar"

"Federasiyamızın prezidenti Cavid Qurbanova təşəkkür etmək istəyirəm. Çünki oyunlar vaxtı və hər zaman yanımızdadı. Qadın komandamızın qazandığı uğurlar hamımızın uğurudu" - Sportinfo.az xəbər verir ki, bu fikirləri qadın voleybolçulardan ibarət milli komandamızın baş məşqçisi Faiq Qarayev bildirib.

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanovun qadınlardan, kişlərdən ibarət milli komandaların məşqçi, oyunçuları və AVF işçiləri ilə görüşündə çııxş edən təcrübəli mütəxəssis yaxın günlərdə Avropa çempionatına hazırlıqlara start verəcəklərini söyləyib:

"Qarşıda komandamızı turnirlər, təlim-məşq toplanışları gözləyir. Artıq neçə müddətdir ki, qadınlardan ibarət yığmamız iki komanda şəklində hazırlıqlar keçirir. Bu gün komandamızda zədəli oyunçular var. Qeyd edim ki, dünya çempionatının seçmə oyunlarında da bir neçə oyunçumuz zədə üzündə meydançaya çıxmadı.

Bu qarşıdakı hazırlıq zamanı çalışmalıyıq ki, oyunçularımız daha yaxşı formada olsunlar. Düşünürəm ki, dünya çempionatından sonra komandalar bizimlə oyuna daha ciddi hazırlaşacaqlar. Biz də buna hazır olmalıyıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti