"Mən prezident olaraq əlimdən gələn köməyi etməyə hazıram ki..."

6 İyul 2017 00:53 Voleybol 836
"Mən prezident olaraq əlimdən gələn köməyi etməyə hazıram ki..."

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov qadın və kişilərdən ibarət milli komandaların məşqçi, oyunçuları və qurum əməkdaşları ilə görüşüb. Sportinfo.az xəbər verir ki, görüşdə C.Qurbanov hər iki komandanı son nailiyyətlər münasibətilə təbrik edib.

O, qadınlardan ibarət yığmanın indiyədək öz üzərinə düşən öhdəliyi yüksək səviyyədə yerinə yetirdiyini vurğulayıb. "Biz bu gün IV İslam Həmrəyliyi Oyunlarının qalibi və dünya çempionatının iştirakçılarıyıq" deyən federasiya rəhbəri Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi Avropa çempionatında yığmaya uğurlar arzulayıb:

"Düşünürəm ki, burada da öz sözümüzü layiqincə deyə biləcəyik. Mən federasiya rəhbəri olaraq əlimdən gələn köməyi etməyə hazıram ki, çempionatda yüksək nəticələrdən birini əldə edək. Lakin burada böyük iş siz voleybolçuların və məşqçilərin üzərinə düşür. Azərbaycan Avropa çempionatına ev sahibliyi edir. Biz AVF olaraq bu yarışın təşkilində bacardığımızı edə bilərik, amma əsas qələbədi".

Kişilərdən ibarət millinin İslamiadada gümüş mükafatçı olduğunu xatırladan C.Qurbanovun fikrincə, bu, böyük nəticədir. Lakin o, komandanın Avropa Liqasındakı çıxışının ürəkaçan olmadığını bildirib: "Bu gün əsas məqsədimiz kişi voleybolunu daha da yüksəltmək, ölkə çempionatında kişi komandalarının sayı ilə bərabər komandaların gücünü də artırmaqdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti