Yeni yaranan klubdan Azərbaycan çempionatında uğursuz debüt

28 Yanvar 2022 01:20 Voleybol 500
Yeni yaranan klubdan Azərbaycan çempionatında uğursuz debüt

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun təşkil olunub.

Sportinfo.az xəbər verir ki, günün yeganə oyununda “Exspress” “Sərhədçi”ni sınağa çəkib.

“Murov” klubunun idman zalında II tur çərçivəsində baş tutan qarşılaşma nominal ev sahiblərinin qələbəsi ilə başa çatıb. İlk setdə 25:21 hesabı ilə qalib gələn “Ekspress” növbəti hissədə rəqibini çətinliklə məğlub edib – 27:25.

Üçüncü set də gərgin mübarizə şəraitində keçib. Lakin 23:25 hesabı ilə uduzan “Sərhədçi” məğlubiyyətdən xilas ola bilməyib. “Ekspress” çempionata 3:0 hesablı qələbə ilə başlayıb.

“Exspress” – “Sərhədçi” 3:0 ( 25:21, 27:25, 25:23)

Mövsümdə hələlik bir görüş keçirilib. Həmin oyunda MOİK “Neftçi”yə 3:1 (25:19, 26:28, 25:23, 25:16) hesabı ilə qalib gəlib.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı