22 sentyabr - 1 oktyabr tarixində Avropa Çempionatı Azərbaycanda və Gürcüstanda keçiriləcək. Sportinfo.az xəbər verir ki, 16 ölkənin iştirak edəcəyi yarış Bakıda, Göy Göldə və Tiflisdə təşkil olunacaq.
Oyunlar Bakıda - “Milli Gimnastik Arenası”nda, Göy-Göldə - Göy-Göl Olimpiya Kompleksində olacaq. Görülən işlərlə, oyun arenalarına baxışla əlaqədar CEV-in vitse-prezidenti Özkan Mutlugil paytaxtımızda və Göy-Göldə olub.
O, Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov, AVF rəsmiləri və nümayəndələri ilə görüşüb:.“İlk olaraq CEV adından sizə təşəkkür etmək isdəyirəm. Azərbaycan böyük bir yarışa ev sahibliyi edəcək. Sizin çox güclü komandanız var. Yeri gəlmişkən, sizləri qazandığınız uğurlar münasibəti ilə təbrik edirəm.
Artıq Avropa çempionatına az vaxt qalıb. Qeyd edim ki, Avropa çempionatı 70 ölkəyə yayımlanacaq. Bu, Azərbaycan üçün böyük reklamdı. Avropa Voleybol Konfederasiyası Azərbaycanda AÇ öncəsi oyun arenalarında yoxlama oyunları keçirməyi nəzərdə tutur. Bu test oyunu həm sizin, həm də bizim üçün çox vacibdi“.

