Millimizin hücumçusu: "İtaliya çempionluğu üçün buranı seçdim"

1 İyul 2017 00:53 Voleybol 942
Millimizin hücumçusu: "İtaliya çempionluğu üçün buranı seçdim"

"Mən bu klubu ona görə seçdim ki, onların gələcəklə bağlı layihəsi var. Bu layihəni çox bəyəndim. Bu şəhərin komandasını İtaliya çempionatının qalibi olmaq üçün də seçdim" - Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycanın qadın voleybolçulardam ibarət yığma komandasının üzvü Yelizaveta Səmədov bildirib.

İtaliya A seriyasında çıxış edən "Savino Del Bene"yə transfer olunan gənc hücumçumuz 13 yaşından voleybolu seçdiyini qeyd edib: "16 yaşımda Azərbaycana gəldim ki, özümü voleybola və Bakıya həsr edim.

Voleybol məni ailəmdən və yaxınlarımdan uzaqlaşdırsa da, qarşımda yeni imkanlar açdı. Fərqli insanlarla və fərqli mədəniyyətlə tanış oldum. İndi burda olduğum üçün məhz voleybola minnətdaram".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti