Millimizin gücü Farer adalarına çatdı - Gümüş Liqasında

21 İyun 03:30 Voleybol 1 274
Millimizin gücü Farer adalarına çatdı - Gümüş Liqasında

Kişi voleybolçular arasında Avropa Gümüş Liqasında sonuncu mərhələyə start verilib.

İSportinfo.az xəbər verir ki, Sandurda baş tutacaq III turun ilk oyununda Azərbaycan millisi ev sahibi Farer adaları ilə üz-üzə gəlib.

Qarşılaşmaya Fərid Cəlalovun komandası zəif başlayıb. İlk seti meydan sahibləri qazansalar da, voldeybolçularımız oyunda dönüş yarada biliblər.

Növbəti 3 setdə qalib gələn millimiz 3:1 hesabı ilə qalib gəliblər.

5 oyundan sonra hesabında 6 xal olan Azərbaycan yığması 4-cü pillədə qərarlaşıb. Farer adaları isə 3 matçdan sonra 2 xalla 6-cıdır.

Azərbaycan – Farer adaları 3:1 (17:25, 25:15, 25:22, 25:23)
Hakimlər:
Niklas Tomsen (Danimarka), Raymond Haamberq (Niderland)
Sandur, “Höllin inni i Dal”

Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 20:00 Çək və bizə göndər!
13 İyul 00:40 Mahir yenə qol vurdu