Kişi voleybolçular arasında Avropa Liqasında V turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, Albaniyada baş tutan ilk 4 oyunun hamısında məğlub olan Fərid Cəlalovun yetirmələri növbəti tura çıxmaq şanslarını itirib.
Bundan sonrakı matçlarda prestij üçün oynayacaq komandamızın budəfəki rəqibi Makedoniya olub. Bütün görüşlərini qələbə ilə başa vuran və qrupda vahid lider olan balkanlılar millimizi də xalsız qoyub - 3:0 (25:20, 25:19, 25:21).

