Millimiz Avropa Liqasında 3-cü məğlubiyyəti Albaniyadan aldı

19 İyun 2017 12:00 Voleybol 694
Millimiz Avropa Liqasında 3-cü məğlubiyyəti Albaniyadan aldı

Makedoniyanın paytaxtı Skopyedə kişi voleybolçulardan ibarət yığmalar arasında Avropa Liqasında ilk qrup mübarizəsinə yekun vurulub. Sportinfo.az xəbər verir ki, voleybol yığmamız III turda Albaniya millisi ilə qarşılaşıb.

Fərid Cəlalovun baş məşqçisi olduğu millimiz 3-cü oyunda da uduzub - 1:3 (22:25, 22:25, 25:17, 10:25). İlk 2 oyunda Makedoniya və İsveçə müvafiq olaraq 0:3 və 2:3 hesabları yenilən Azərbaycan 1 xalla (3-9) qrup sonuncusudu.

Qrupumuza Makedoniya 6 xalla başçılıq edir. Albaniya 5 xalla 2-ci, İsveç 3 xalla 3-dü. Avropa Liqasında qrup mübarizəsinin davamı qarşıdakı həftə Albaniyada keçiriləcək. Qrupda ilk 2 yeri tutan yığmalar yarımfinala çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!