"Avropa Liqasına köklənmişik"

16 İyun 2017 14:48 Voleybol 718
"Avropa Liqasına köklənmişik"

“Qrup mərhələsində uğurlu çıxış etməyi qarşımıza məqsəd qoymuşuq" - Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycanın kişilərdən ibarər voleybol yığmasının üzvü Pərviz Səmədov bildirib.

O, son aylar təqvim sıxlığı ilə üzləşdiklərini söyləyib: "Əvvəlcə yığmamız Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. Daha sonra isə Fransanın Lion şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində mübarizə apardı.

Təsnifat yarışında Fransa, Almaniya və başqa güclü komandalarla qarşılaşdıq. Seçmə mərhələdə iştirak bizim üçün böyük təcrübə oldu. İndi isə Avropa Liqasına köklənmişik. Özümüzü bu yarışda da ən yaxşı tərəfdən göstərməyə çalışacağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti