Azərbaycanın klublarının Çelenc Kubokunda rəqibləri bilindi

14 İyun 2017 21:00 Voleybol 699
Azərbaycanın klublarının Çelenc Kubokunda rəqibləri bilindi

Voleybol üzrə Çelenc Kubokunun püşkatma mərasimi keçirilib. Sportinfo.az xəbər verir ki, Azərbaycanı qadınların mübarizəsində təmsil edəcək "Azərreyl"in bəxtinə Rumıniynın "Stiinta" (Bakau) komandası düşüb.

1/16 final mərhələsində ev və səfər prinsipi ilə keçiriləcək görüşlərdən qalib ayrılan komanda növbəti mərhələdə "Sm Aeş Pfeffingen" (İsveçrə) - "Mladost" (Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək. Oyunlar 12 - 14 dekabr və 9 - 11 yanvarda baş tutacaq.

Kişilərdən ibarət "Lokomotiv" isə Kipr "Apoel"inə rəqib olub. İlk oyunlar 21 - 23 noyabrda, cavab görüşləri 28 - 30 noyabrda keçiriləcək. Qalib komanda 1/16 finala yüksələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti