Növbəti mövsüm qadın voleybolçular arasında avrokuboklarda ölkəmizi yalnız “Azərreyl”in təmsil edəcəyini bilirsiz. “Çağırış” kubokunda çıxış edəcək klubun heyətinin zəifləyəcəyini xəbər vermişdik.
Sportinfo.az xəbər verir ki, Büdcəsi azalan “Azərreyl” ötən mövsüm heyətində yer almış legionerləri bir-bir itirir. Serb Danika Radenkoviçlə yolları ayıran klub Edina Dobi ilə də müqavilənin müddətini uzatmayıb. 30 yaşlı blokçu ardıcıl iki mövsümü ölkəmizdə keçirdikdən sonra geri dönüb.
Macarıstan yığmasının üzvü “Azərreyl”ə qədər bir mövsüm “Azəryol”un formasını geyib. Böyük ehtimalla, keniyalı hücumçu Mersi Moim də növbəti mövsüm “Azərreyl”in formasını geyməyəcək.

