"Fənərbağça"lı: "Onu əldən versəydik, qalib gələ bilməyəcəkdik"

5 İyun 2017 10:48 Voleybol 727
"Fənərbağça"lı: "Onu əldən versəydik, qalib gələ bilməyəcəkdik"

"Azarkeşlərdən razı qaldım. Bizi çox yaxşı dəstəklədilər. Yəqin ki, maraqlı oyundan hamı razı qaldı. Meydançada əsl savaş getdi" - Sportinfo.az xəbər verir ki, bu sözlər voleybol millimizin hücumçusu Polina Rəhimovaya məxsusdu.

DÇ-2018-in seçmə mərhələsi onun üçün də uğurlu alınıb. O, 6 qrupda mübarizə aparan 36 komandanın üzvləri arasında qrup oyunlarının ən yaxşı ikinci bombardiri olub. Üst-üstə 100 xal toplamağı bacarıb. “Fənərbağça”lı yalnız Portuqaliya millisinin “vuran əli” Yulia Kavalenkadan (105 xal) geri qalıb.

Matçbaşına xal ortalamasında da hücumçumuz ikincidi. Ümumilikdə 5 oyunda və 14 setdə mübarizə aparmış Rəhimova 7.14 ortalama ilə serbiyalı Tiyana Boşkoviçi izləyib (4 oyun, 11 set, 7.45 ortalama).

"Mənə elə gəlir ki, ilk seti əldən versəydik, qalib gələ bilməyəcəkdik. Bu gün bizim günümüz idi. “Doğma divarlar” da bizə kömək etdi. Səviyyəmizi artırıb dünya çempionatına qələbə qazanmaq üçün yollanacağıq. Maksimum nəticəyə oynamalıyıq” – Polina deyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti