Azərbaycanın qadınlardan ibarət milli komandasının üzvləri ATV-də hazırda canlı yayımlanan "Maşın şou" realiti-şousunda iştirak edirlər. Sportinfo.az xəbər verir ki, dünya çempionatının final mərhələsinə vəsiqə qazanan xanım qəhrəmanlarımızdan Polina Rəhimova ilə Ayşən Əbduləzimova Murad Dadaşovun aparıcısı olduğu, yüksək reytinqə malik verilişə dəvət olunublar.
Onlarla birgə şou tamaşı kimi izləyən Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinin rəhbəri Şəfəq Hüseynova turnirlə bağlı qısa məlumat verib. Keşmiş voleybolçumuz AVF adından şou proqrama voleybol topu hədiyyəsi edib. Dadaşov isə xanımlara gül dəstəsi hədiyyə edib, millinin baş məşqçi, dostu olan Faiq Qarayevə salamlarını, təbriklərini çatdırıb.

