Azərbaycan millisi növbəti dəfə dünya çempionatında - FOTOLAR

4 İyun 2017 09:26 Voleybol 709
Azərbaycan millisi növbəti dəfə dünya çempionatında - FOTOLAR

Qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunan E qrupunda son turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandası Yaponiyada baş tutacaq mundiala yeganə vəsiqə uğrunda görüşdə Hollandiya ilə üz-üzə gəlib.

Qarşılaşma milli komandamızın qələbəsi ilə başa çatıb - 3:0 (30:28, 25:22, 25:13). Azərbaycan millisi bu qələbə sayəsində tarixində 4-cü dəfə dünya çempionatına vəsiqə qazanıb. Növbəti dünya çempionatı 2018-ci ildə Yaponiyada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti