"Dünya çempionatına birbaşa vəsiqə qazanacağıq" - VİDEO

1 İyun 2017 09:12 Voleybol 669
"Dünya çempionatına birbaşa vəsiqə qazanacağıq" - VİDEO

"Ukrayna ilə görüşə yaxşı köklənmişdik. Ona görə rəqibə oynamağa imkan vermədik. Bu gün ötürmələrimiz də yaxşı alındı" - Sportinfo.az xəbər verir ki, bunu qadın millimizin liberosu Valeriya Məmmədova deyib.

DÇ-2018-in seçmə ələməsində "E" qrupunun 2-ci oyununda voleybol millimiz Ukraynaya 3:0 hesabı ilə qalib gəlib. Valeriyanın fikrincə, komanda yoldaşları 3-cü zonada qəbulda əla təsir bağışlayıb və tapşırığın öhdəsindən layiqincə gəlib:

"İndi topu qəbul etmədə 4 eyni səviyyəli oyunçumuz var. Düşünürəm ki, güclü komandaya malikik və bu qrupuda əsas rəqibimiz olan Hollandiyaya ciddi müqavimət göstərib, yekunda dünya çempionatına birbaşa vəsiqə qazanacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti