Millimizin üzvü: "Rəqibimiz zəif idi, biz də çalışdıq ki, az səhv edək"

31 May 2017 10:12 Voleybol 709
Millimizin üzvü: "Rəqibimiz zəif idi, biz də çalışdıq ki, az səhv edək"

Bakıda voleybolçu qadınlar arasında 2018-ci il dünya çempionatının Avropa zonası üzrə E qrupunun oyunlarına start verilib. Azərbaycan millisi Norveçi, Hollandiya Danimarkanı, Ukrayna isə İsraili çətinlik çəkmədən yenib.

"Turnirə qələbə ilə başlaıq. Bu yarışda əsas rəqiblərimiz Hollandiya və Ukrayna milliləridi" - Sportinfo.az xəbər verir ki, bu fikirləri yığmamızın oyunçusu Ayşən Abduləzimova bildirib.

Ayşən bu rəqibin o qədərdə güclü olmadığını gizlətməyib: "Buna baxmayaraq biz də çalışdıq ki, az səhv edək. Növbəti oyunumuz Ukrayna komandası ilə olacaq. Komandama uğurlar arzu edirəm".

Beləliklə, ilk turdan sonra Azərbaycan, Hollandiya və Ukrayna hərəyə 3 xalla qrupa başçılıq edir. Danimarka, Norveç və İsrail isə xalsızdır. Mayın 31-də keçiriləcək ikinci tur oyunlarında Hollandiya Norveçlə, Danimarka İsraillə, Azərbaycan isə Ukrayna ilə üzə-üzə gələcək.

Danimarka - Hollandiya - 0:3 (12:25, 13:25, 9:25)
Hakimlər:
Mixail Temelis (Yunanıstan), Sanya Miklosiç (Serbiya)

Azərbaycan - Norveç - 3:0 (25:15, 25:10, 25:6)
Hakimlər:
Sabine Vitte (Almaniya), Roberto Boris (İtaliya)

İsrail - Ukrayna - 0:3 (22:25, 20:25, 11:25)
Hakimlər:
Bruno Muha (Xorvatiya), Saşa Stanişiç (İsveçrə)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti