
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Gümüş Liqasında sonuncu matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, Fərid Cəlalovun komandası Farer adalarında Avstriyanı sınağa çəkib.
İlk 5 oyunda 2 qələbə qazanan yığmamızın növbəti 3 xal uğrunda mübarizə aparıb. Amma voleybolçularımızın istəyi alınmayıb. Güclü rəqiblə görüşdə millimiz hər setdə uduzub.
Komandamız turniri 6 xalla başa vurub. Avstriya 2 oyundan 3 xal yığıb və turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.
Avstriya - Azərbaycan - 3:0 (25:18, 25:18, 25:14)
Hakimlər: David Ryan (Farer adaları), Niklas Tomsen (Danimarka)
Sandur, “Höllin inni i Dal”